...

Azərbaycan prezidenti dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında fərman verib

Siyasət Materials 24 Avqust 2006 12:17 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, özəlləşdirilən müəssisələrə investisiya qoyuluşu üzərində effektiv nəzarət mexanizminin formalaşdırılması və dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında fərman verib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsinin yeni tələblərə uyğun təkmilləşdirilməsi, özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası, səhmdar cəmiyyətlərdə dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları haqqında müvafiq normativ hüquqi aktların layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.

Bundan başqa, müvafiq qurumlara dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsinin təmin edilməsi, dövlət müəssisələrinin və dövlətə məxsus səhmlərin (payların) səmərəli idarə edilməsi məqsədi ilə Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti