...

Azərbaycan prezidentinin Sloveniyaya rəsmi səfəri davam edir

Siyasət Materials 28 Avqust 2006 11:21 (UTC +04:00)

Avqustun 28-də səhər Azərbaycan prezidenti İlham Əliyevin Sloveniya başçısı Yanez Drnovşeklə rəsmi görüşü keçiriləcək. Trend xəbər verir ki, əvvəlcə görüş ikitərəfli, sonra isə geniş formatda keçəcək. Sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Günün yarısında Sloveniya prezidenti İlham Əliyevin şərəfinə nahar təşkil edəcək.

İki dövlət başçısının rəsmi görüşü başa çatdıqdan sonra Azərbaycan prezidenti Lyublyanaya yola düşəcək və burada bir sıra ikitərəfli görüşlər, o cümlədən Belçika krallığının xarici işlər nazirinin müavini ilə görüş keçiriləcək.

Günün ikinci yarısında Azərbaycan prezidenti Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyeni, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edəcək.

Sonra dövlət başçısı Lyublyana şəhərinin meriyasının binasına yola düşəcək və şəhərin meri ilə görüşəcək. İlham Əliyev şəhərlə tanış olacaq - şəhərin mərkəzində olacaq, Lyublyanadakı kilsəyə və tarixi körpüyə baş çəkəcək.

Günün axırında İlham Əliyevin Sloveniyanın Milli şurasının prezidenti ilə görüşü keçiriləcək, bundan sonra Azərbaycanın prezidenti və birinci xanımının şərəfinə axşam yeməyi veriləcək.

Xəbər lenti

Xəbər lenti