...

QKTC-nin Azərbaycandakı yeni təmsilçisi Zəki Qazioğlu sentyabrın 5-dək Bakıya gələcək

Siyasət Materials 30 Avqust 2006 12:28 (UTC +04:00)

Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) Azərbaycana yeni təyin olunan nümayəndəsi Zəki Qazioğlu sentyabrın 5-dək Bakıya gələcək. Bu barədə Trend ə QKTC-nin Azərbaycandakı təmsilçiliyindən bildiriblər.

O da bildirilib ki, Z.Qazioğlu QKTC Xarici İşlər Nazirliyində yüksək vəzifədə çalışıb. Onun müavini Erək Çağatay isə avqustun 30-də Bakıya gəlib. Onu da bildirək ki, QKTC-nin Azərbaycan təmsilçiliyində bu vaxtadək müavin vəzifəsi olmayıb. E.Çağatay avqustun 31-də vəzifəsinə başlayacaq.

Qeyd edək ki, QKTC-nin Azərbaycanda təmsilçiliyi 2001-ci ilin avqustun 1-də açılıb. Mustafa Evran QKTC-nin Azərbaycanda ilk təmsilçisi olub. M.Evran missiyasını 2005-ci ildə missiyasını başa vurub vətənə dönməliydi. Lakin fəaliyyəti daha bir il artırılıb. İyulun 31-də vətənə dönməyə hazırlaşan M.Evran QKTC Xarici İşlər Nazirliyinin tapşırığına əsasən avqust ayını da Bakıda keçirməli olub.

M.Evran avqustun 29-də axşam vətəninə dönüb.

Xəbər lenti

Xəbər lenti