Bu günə kimi 9083 nəfər fermerə 3 400 000 YAM məbləğində kredit verilib. Bundan başqa 6 kredit ittifaqıda 955 nəfərə 1122 000 YAM məbləğində kredit paylayıb.
Bu barədə məlumatı Trend in Qərb bürosuna Gəncə Regional Məsləhət Mərkəzinin direktor müavini Arif Cahangirov verib. Onun sözlərinə görə, Mərkəz Dünya Bankının xətti ilə bir neçə gün bundan əvvəl növbəti kredit kampaniyası həyata keçirib. Burda 16 qrupda birləşən 255 nəfərə 154 000 YAM məbləğində kredit verilib. Burada verilən kreditin miqdarı 500 və 700 ABŞ dolları qədərində olub.