...

Türkiyənin Millətçi Hərəkat Partiyası Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 5 Sentyabr 2006 14:04 (UTC +04:00)

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Trend ə müxalifətyönly AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov Türkiyənin Ana Vətən Partiyasının dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfərinin yekunları ilə bağlı bildirib.

Qeyd edək ki, AMİP rəsmisinə dəvət Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, Ana Vətən Partiyasının rəsmisi Yasin Bozqurd tərəfindən olunub. Ə.Orucov Türkiyəyə səfərini sentyabrın 4-də yekunlaşdırıb. Onu da bildirək ki, Türkiyənin AVP-i AMİP-in üzv olduğu Beynəlxalq Demokrat İttifaqında təmsil olunur.

Ə.Orucov bildirib ki, o, Türkiyədə AVP, MHP rəsmiləri və bir sıra mətbuat rəhbərləri ilə görüşlər keçirib: "Görüşlərimzdə partiyalararası əməkdaşlıq məsələləri müzakirə olunub. MHP rəsmiləri də bizimlə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər. Bu məqsədlə də MHP-nin rəsmiləri gələn il Bakıya səfər edəcəklər. Media nümayəndələri ilə keçirilən görüşlərdə isə təklif etdim ki, 2007-ci ildə Türk mətbuat nümayəndələrinin forumunu keçirək. Təklifim qəbul olundu. Forumun Bakıda və yaxud da İstanbunlda keçiriləcəyi hələ dəqiqləşməyib". AMİP rəsmisi onu da vurğulayıb ki, "Dünya gündəmi" qəzeti ilə AMİP-in orqanı olan "Millət" qəzeti arasında əməkdaşlıq sazişi də bağlanıb.

Ə.Orucov vurğulayıb ki, Güney Azərbaycan dərnəyində də olub. Dərnəyin təmsilçisi Məhəmməd Yeniseylə Güney Azərbaycanda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Onu da bildirək ki, AMİP 1992-ci ilin iyununda yaradılıb. Etibar Məmmədov partiyanın 2005-ci il fevralda keçirilən qurultayında sədrlikdən istefa verib. Həmin qurultayda o, partiyanın lideri elan olunub. Partiyanın 2006-cı il iyunun 25-də keçirilən növbəti qurultayında isə E.Məmmədov yenidən partiyanın lideri elan olunub. Ayaz Rüstəmov isə partiyanın sədri seçilib. AMİP 50-dən çox dövlətin təmsil olduğu Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti