...

Ukrayna prezidenti Bakıya yola düşüb

Siyasət Materials 7 Sentyabr 2006 13:35 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Kiyevdən Bakıya yola düşüb. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Prezidentin təyyarəsi Bakıda yerli vaxtla təqribən saat 14.30-da yerə enəcək.

Səfər sentyabrın 7-8-də baş tutacaq. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla ikitərəfli görüşlər daxildir.

Ukrayna prezidenti, həmçinin, Bakı Slavyan Universitetinə də baş çəkəcək. Burada ona universitetin fəxri doktoru diplomu veriləcək.

Xəbər lenti

Xəbər lenti