Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün sentyabrın 11-də Stokholma yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının maliyyələşdirdiyi bu layihənin həyata keçirilməsindən məqsəd İsveçin müvafiq qurumları ilə tanışlıq və təcrübə mübadiləsinin həyata keçirilməsindən ibarətdir.
Sentyabrın 17-dək davam edəcək səfər çərçivəsində deputatımızın bir sıra görüşləri də nəzərdə tutulub.