...

Azərbaycan prezidenti İKT-nin baş katibini qəbul edib

Siyasət Materials 11 Sentyabr 2006 16:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əlyiev sentyabrın 11-də Bakıda İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlunu qəbul edib.

Trend xəbər verdiyi kimi, Ə.İhsanoğlu bildirib ki, Azərbaycan İKT-nin çox fəal üzvüdür və Bakıda forumların yüksək səviyyədə keçirilməsini ölkənin beynəlxalq arenada getdikcə artan və möhkəmlənən mövqeyi ilə əlaqələndirib.

İ.Əliyev bu yaxınlarda İKT-nin Əməkdaşlıq və dialoq naminə gənclər forumunun İstanbul iqamətgahının açılışında iştirak etdiyini yada salıb və bu təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Ə.İhsanoğlu İKT ölkələrinin turizm nazirlərinin sentyabrın 11-12-də Bakıda keçirilən beşinci konfransında iştirak etmək üçün Bakıya gəlib.

Xəbər lenti

Xəbər lenti