...

Azərbaycanın XİN başçısı Bolqarıstanın keçmiş prezidentini qəbul edib

Siyasət Materials 12 Sentyabr 2006 10:31 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 11-də Balkan Siyasi klubunun prezidenti, Bolqarıstanın keçmiş prezidenti Jelya Jelevi qəbul edib. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən xəbər verir.

J.Jelev nazirə Balkan Siyasi klubunun fəaliyyəti və Cənubi Qafqaz ölkələri üçün bu cür klubun yaradılmasının məqsədəuyğunluğu barədə məlumat verib. Onun sözlərinə görə, Balkan klubu 2001-ci ildən qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərir və bura tanınmış siyasətçilər, keçmiş prezidentlər, keçmiş baş nazir və nazirlər daxildir. Klubun məqsədləri haqqında danışarkən J.Jelev bildirib ki, məqsəd - Balkan bölgəsində sülh və əməkdaşlığın möhkəmləndirilməsi, üzvlər arasında bu istiqamətdə geniş diskussiyaların aparılmasından ibarətdir.

Nazir bu cür klubun Cənubi Qafqazda yaradılması ideyasını maraqla və müsbət qarşılayıb. Bu zaman o, bölgədə bu cür klubun yaradılmasına mane olan münaqişələrin olduğunu qeyd edib. E.Məmmədyarov bölgə xalqları arasında etimad elementlərinin yaradılmasının, birgə yaşamaq ideyalarının möhkəmləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti