...

Milli Məclisdə yaradılan müxalifət deputat bloku fəaliyyətini dayandıra bilər

Siyasət Materials 13 Sentyabr 2006 17:00 (UTC +04:00)

Milli Məclisdə yaradılan müxalifət deputat bloku fəaliyyətini dayandıra bilər. Bu barədə Trend ə müxalifətyönly Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, müsavatçı millət vəkili Aynur Quliyeva daxil olmaqla Milli Məclisdə 5 müxalifət partiyası sədrindən ibarət deputat qrupu fəaliyyət göstərir.

F.Qəzənfəroğlu bildirib ki, müxalifət deputat qrupunun fəaliyyəti onu qane etməyib: "Hələlik qrupun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparmamışıq. Amma fakt budur ki, müxalifət deputat qrupu fəaliyyət göstərmir". "Müxalifət deputat qrupunun fəaliyyətinə mane olan amillər hansılardır" sualımızı F.Qəzənfəroğlu belə cavablandırıb: "Bu, qrupda təmsil olunan şəxslərin müştərək fəaliyyətdə maraqlı olmaması ilə bağlıdır. Bu şəxslərdən hər hansı bir məsələ ilə bağlı heç bir təşəbbüs olmayıb. Biz yalnız fərdi qaydada fikirlərimizi çatdırmışıq. Əgər belə davam edəcəksə, onda qrupun fəaliyyətinə ehtiyac olmayacaq".

Xatırladaq ki, millət vəkili Fazil Qəzənfəroğlunun sədri olduğu BQP 2003-cü ildə yaradılıb. 2006-cı ilin payızında BQP-nin ikinci qurultayı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti