Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rəfael Hüseynov sentyabrın 15-də qurumun hüquqi işlər və insan hüquqları komitəsinin Yunanıstanın Nafplion şəhərində keçiriləcək iclasında iştirak edəcək. Bu barədə "Trendə" Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
İclasda İnquşetiyada və Qroznıda insan hüquqları ilə bağlı vəziyyət və hüquq müdafiəçilərinin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Nümayəndə heyətinin üzvü müzakirə olunacaq mövzulara münasibət bildirəcək, qeyd və təkliflərini verəcək.