...

Beynəlxalq Bertelsman forumunun proqramı açıqlanıb

Siyasət Materials 15 Sentyabr 2006 15:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Berlində keçiriləcək Beynəlxalq Bertelsman forumunda (International Bertelsmann Forum- IBF) iştirak edəcək. Bu barədə Trend ə Bertelsman fondundan məlumat verilib.

Forum sentyabrın 22-23-də keçiriləcək. Azərbaycanın dövlət başçısı Forumun ilk günündə keçirilən tədbirlərdə iştirak edəcək. Cümə günü sentyabrın 22-də Forumun açılışı olacaq. Burada Almaniya kansleri Angela Merkel, Fransanın baş naziri Dominiq de Vilpen, Belçika krallığının baş naziri Qay Verxofstad, Avropa komissiyasının prezidenti Joze Manuel Durao Barosso iştirak edəcəklər.

Həmin gün axşam "Balkan və Qara dəniz: Avropa üçün sınaq" mövzusunda xüsusi sessiya öz işinə başlayacaq. Sessiyada "ZDF German" telekanalının Berlin ofisinin direktoru Peter Frey, Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Troyan Basesku, Bolqarıstan prezidenti Georgi Pirvanov, Montereqonun baş naziri Milo Cukanovi iştirak edəcək.

İkinci sessiya "Şərqi Avropa - yeni güc, köhnə qaydalar" adı altında keçiriləcək. Sessiyada Gürcüstan parlamentinin spikeri Nino Burcanadze, Finlyandiya parlamentinin spikeri, Finlyandiyanın keçmiş baş naziri Paavo Lipponen, Litvanın baş naziri Qediminas Kirkilas, Latviyanın baş naziri Aiqarm Kalvitis, "Komitet 2008"-in Moskva sədri Harri Kasparov və "ARD German" telekanalının baş redaktoru Tomas Rof iştirak edəcək.

Forumun üçüncü sessiyasında BBC World telekanalının baş prezidenti

Nik Qouvinq, Almaniya Bundestaqının üzvü Qernot Erler, İsveçrənin keçmiş baş naziri Karl Vildt, Səudiyyə Ərəbistanı krallığının XİN başçısı Şahzadə Məhəmməd Bin Faisal bin Türki, İspaniyanın keçmiş baş naziri Anna Palasio Vallelersundi, Rusiyanın "Yabloko" partiyasının sədri Qriqori Yavlinski iştirak edəcək.

Cümə günü axşam Polşanın sabiq prezidenti Aleksandr Kvasnevki, Azərbaycan prezidenti İlham Əliyev, Avropa parlamentinin prezidenti Joze Borrell Fontelles və Bolqarıstan prezidenti Georgi Pirvanov görüşəcəklər.

Şənbə günü - sentyabrın 23-də növbəti sessiyalar keçiriləcək və burada ABŞ Atlantika Şurasının prezidenti və icraçı direktoru Fred Kempe, Mərkəzi Bankın prezidenti Jan Klaud Triçet, Slovakiyanın sabiq baş naziri və baş nazir müavini İvan Mikloş, The World Bank Group -un vitse-prezidenti Şiqeo Katsu, Almaniya Bundestaqının keçmiş prezidenti Rita Sassmuf, Avropa parlamentinin üzvü Alojz Peterle iştirak edəcək.

Forumu sentyabrın 24-də ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bağlayacaq.

Xəbər lenti

Xəbər lenti