...

YAP Gədəbəydə zona müşavirəsi keçirib

Siyasət Materials 15 Sentyabr 2006 18:48 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Samux, Daşkəsən və Xanlar rayon təşkilatları sədrlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Trend xəbər verir ki, müşavirədə partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədlər də qatılıblar.

Zona müşavirəsi Gədəbəydə keçirilib. Müşavirədə oktyabrın 6-da keçiriləcək təkrar, yeni və əlavə bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə olunub. Bələdiyyə üzvlüyünə namizədlərin təbliğat və təşviqat işləri nəzərdən keçirilib. Müşavirədə YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə iştirak edib. YAP rəsmisi bələdiyyə seçkiləri ərəfəsində qarşıda duran vəzifələrdən danışıb.

Xatırladaq ki, YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 400 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti