...

Ziyad Səmədzadə: Dinamik inkişaf və siyasi sabitlik Azərbaycanın reytinqinin yüksəlməsinə təkan verir

Siyasət Materials 16 Sentyabr 2006 11:25 (UTC +04:00)
Ziyad Səmədzadə: Dinamik inkişaf və siyasi sabitlik Azərbaycanın reytinqinin yüksəlməsinə təkan verir

"Azərbaycan qlobal layihələrdə iştirak edir və ölkəyə maraq daim artır. Ölkə qanunvericilik bazasını təkmilləşdirir, siyasi sabitlik və digər amillər reytinqin yüksəlməsinə təkan verir". Bunu Trend ə Milli Məcliin iqtisadi siyasət daimi komissiyasının başçısı Ziyad Səmədzadə bildirib.

"Moody's Investor Services" tərəfindən sentyabrın 14-də elan olunmuş Azərbaycan üçün müstəqil reytinq "Fitch Ratings"in ehtimal etdiyi reytinqindən bir pillə yuxarı və investisiya dərəcəsindən bir pillə aşağıdır. "Moody's" qiymətlərinə görə ölkəyə Ba1 svəiyyəsində reytinq verilib.

Onun sözlərinə görə, ancaq dünyada elə təşkilatlar var ki, onların baxışında subyektivlik var.

"Məsələn, ABŞ-da elə təşkilatlar var ki, iqtisadi azadlıq səviyyəsinə görə Azərbaycanı Ermənistandan aşağıda görür. Bu, real deyil. Biz Azərbaycanda problemlərin olduğunu təkzib etmirik, amma bu cür müqayisə obyektiv deyil", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti