...

Rusiyanın Axalkalakidəki bazasından sonuncu eşelon sabah Azərbaycandan keçməklə Rusiyaya yola düşəcək

Siyasət Materials 18 Sentyabr 2006 15:35 (UTC +04:00)

Rusiyanın Axalkalakidəki bazasından hərbi texnika aparan sonuncu eşelon sentyabrın 19-da Azərbaycan ərazisindən keçməklə Rusiyaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, general-mayor Elbrus Orucov məlumat verib.

Müəyyən olunmuş qrafikə əsasən Rusiyanın 62-ci hərbi bazasındakı yük Moskva vaxtı ilə saat 09.00-da Salka dəmir yolu stansiyasından yola düşəcək, saat 17.00-da Azərbaycan sərhəddini keçməli və sentyabrın 20-i saat 11.00-da Rusiya sərhəddinə çatmalıdır. Eşelon 17 vaqondan ibarət olacaq, onlardan 10-da döyüş sursatı olacaq. 3 ədəd T-72 tankı və 5 ədəd ZİL- 131 avtomobili aparılacaq. Daha bir vaqon qarovuldan ibarət olacaq.

E.Orucov qeyd edib ki, Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun Axalkalakidəki 62-ci hərbi bazasının mayın 15-dən başlanmış daşınmasında təmənnasız yardımın göstərilməsi haqqında müqavilə Azərbaycan və RF hökümətləri arasında təsdiq edilmiş qrafikə əsasən tamamilə yerinə yetirilib. "Zaqafqaziyada Rusiya qoşunları qrupunun komandanı general-mayor Andrey Popov söhbət zamanı Azərbaycan hökümətinə öz minnətdarlığını bildirib. Zaqafqaziyadakı Rusiya qoşunları qrupu hazırda 2007-ci ildə Batumi şəhərindəki 12-ci hərbi bazanın daşınmasında yardımın göstərilməsi üçün müvafiq sənədlərin hazırlanması və əlaqələrin davam etdirilməsi haqqında məsələni gözdən keçirir", - deyə E.Orucov vurğulayıb.

İndiyədək Azərbaycan ərazisindən keçməklə Gürcüstandan RF-yə 18 eşelonla hərbi texnika aparılıb. Sonuncu, 19-cu eşelon sentyabrın 19-da göndəriləcək. Müqaviləyə əsasən, indiyədək 383 yük vaqonu daşınıb, ümumilikdə isə sonuncu partiyanı nəzərə almaqla, vaqonların ümumi sayı 400-ə çatacaq. Bu, 911 ton döyüş sursatı, 358 ton - maddi vasitə və əmlak, 26 ədəd BRDM və BTR, 38 tank, 45 BMP, 128 müxtəlif modifikasiyalı və təyinatlı avtomobillər, 52 müxtəlif kalibrli özüyeriyən artilleriya qurğusu, 52 tırtıllı özüyeriyən yedəklər, 4 "Şilka" zenit- özüyeriyən qurğu, həmçinin S-10 "Strela" hava hücumuna qarşı raket kompleksi, 20 "İqla-9" zenit əleyhinə raket kompleksi, 11 "Faqot"tank əleyhinə raket kompleksi, 120 "Kub" zenit-raket kompleksi (və onlar üçün döyüş sursatı), 23 "Strela-10" zenit- raket kompleksidir.

Xəbər lenti

Xəbər lenti