Trend in xəbər verdiyi kimi, sentyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev "Təzəpir" məscidinin yerləşdiyi əraziyə baş çəkib və məscidin bərpasının gedişi ilə tanış olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tikintinin gedişi barədə dövlət başçısına məlumat verib.
Məscidin yenidənqurulması və təmiri üzrə işlərin layihəsinin icrasına iyulda dövlət başçısının dəstəyi ilə başlanıb. "Təzəpir" kompleksinin ərazisində həmçinin, QMİ üçün yeni inzibati bina da inşa ediləcək. Binanın layihəsi Şərq memarlığı üslubunu əks etdirir və müasir tələblərə cavab verir. Binada konfrans zal, kitabxana, arxiv və muzey fəaliyyət göstərəcək. Bakı İslam Universiteti də bu binada yerləşəcək.
Bütün işlərin 2008-ci ilə başa vurmaq planlaşdırılır.