...

Antalyada türkdilli dövlətlərin onuncu qurultayı yekun bəyanat qəbul edib

Siyasət Materials 21 Sentyabr 2006 15:37 (UTC +04:00)

Antalyada türkdilli dövlətlərin onuncu qurultayının yekununa görə tövsiyyə xarakterli bir sıra qərarlar qəbul olunub. Trend xəbər verir ki, bu gün Türkiyə KİV-lərində dərc olunmuş sənəddə Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün elmi, bürokratik və struktur bazanın yaradılması üzrə işlərin başlanmasının mühüm olduğu qeyd olunub. Bu kontekstdə xüsusi Fəaliyyət planlarının hazırlanması zəruri görünür.

Qurultay çərçivəsində türkdilli dövlətlər və Şimali Kipr arasında əməkdaşlığın inkişafı üçün hüquqi bazanın yaradılması üzrə işləri tezləşdirməyə imkan verəcək Şimali Kipr Türk Respublikası ilə siyasi, iqtisadi, mədəni və idman təcridi rejiminin tezliklə aradan qaldırılmasına dair çağırışlar səsləndirilib.

Qurultay iştirakçıları Şimali İraq, o cümlədən Kərkük şəhərində demoqrafik vəziyyətin dəyişməsinin yolverilməz olduğunu bəyan ediblər. Bu şəraitdə obyektiv referendumun keçirilməsinin qeyri-mümkün olmasından ehtiyatlanıblar.

Türkdilli ölkələr arasında energetika dəhlizinin möhkəmləndirilmə zərurəti qeyd olunub ki, bu, qurultay iştirakçılarının fikrincə, irəliyə gedən strateji məqsədlərə malikdir.

Qeyd edək ki, qurultayın sonuncu günündə Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl də iştirak edib, yekun bəyanatı isə dövlət naziri Bəşir Atalay oxuyub.

Xəbər lenti

Xəbər lenti