Bakı Şəhər İcra Hakimiyyəti Müasir Müsavat Partiyasının 23 sentyabr 2006-cı il tarixdə keçirmək istədiyi yürüş-mitinqə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, Müasir Müsavat Partiyası sentyabrın 23-də saat 16.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyasından başlayaraq Həsən bəy Zərbadi küçəsindən keçməklə Dövlət Film Fondunun binası qarşısındakı meydanadək (keçmiş "Qələbə" kinoteatrı) yürüş-mitinq keçirməyi planlaşdırırdı. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətə sentyabrın 21-də cavab verilib. Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Həmin İdarə ölkədə baş verən korrupsiya hallarını araşdırır, hökumət səviyyəsində tədbirlər görülür. "Etirazınıza səbəb ola biləcək hər hansı qanunazdd hallar varsa, həmin quruma müraciət etməyiniz tövsiyə olunur"-deyə Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilib və yürüş-mitinşqin keçirilməsinin məqsədəuyğun olmadığı qeyd edilib.