Gəncə şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin rəisi İkram Xəlilov aldıbığı kəllə-beyin travmasından bu gün dünyasını dəyişib. Bu barədə məlumatı Trend ə Təcili Tibbi Yardım Xəstəxanasından veriblər.
Məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Biristiqamətli yolla əksinə hərəkət edən VAZ 21011 markalı, 20 LV 127 dövlət nömrə nişanlı avtomobildə olan Gəncə sakinləri 1987-ci il təvəllüdlü Kazımov Zabit Eldar oğlu və Məmmədov Pərviz Nizami oğlu onları saxlamaq istəyən DYP şöbəsinin rəisi İkram Xəlilova hücum edərək ona beyin-kəllə zədəsi yetiriblər. Dünən keçə xəsarət alan Xəlilov bu gün günorta saatlarında dünyasını dəyişib.