...

Müdafiə naziri Çinin Azərbaycandakı keçmiş və hazırkı hərbi attaşelərini qəbul edib

Siyasət Materials 23 Sentyabr 2006 13:38 (UTC +04:00)

Sentybarın 23-də Azərbaycanın müdafiə naziri general polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çyan Xayçjounu qəbul edib. Bu barədə Trend ə Mübafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Ç.Xayçjou sabiq hərbi attaşe baş polkovnik Tszin Çjitsianqın öz missiyasını başa vurması haqqında nazirə məlumat verib. Həmçinin yeni təyin olunmuş hərbi attaşe baş polkovnik Veycian Funu nazirə təqdim edib.

S.Əbiyev sabiq hərbi attaşenin öz vəzifəsini şərəflə yerinə yetirdiyini qeyd edərək ona Azərbaycan-Çin hərbi əlaqələrinin inkişaf etməsində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Yeni təyin olunmuş hərbi attaşeyə isə Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın inkişaf etməsi üzrə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər hər iki dövlətin mənafeyinə xidmət edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti