...

Asim Mollazadə Rusiya səfiri ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2006 16:33 (UTC +04:00)
Asim Mollazadə Rusiya səfiri ilə görüşüb

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Vasili İstratovla görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya münasibətləri, ölkələrimiz arasında mövcud iqtisadi, siyasi, mədəni və elmi sahələrdə əməkdaşlıq, Cənubi Qafqazdakı münaqişələrin həlli məsələləri müzakirə olunub. Tərəflər ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rus icmasının problemləri də görüşdə əsas müzakirə mövzularından olub. Asim Mollazadə səfirə Demokratik İslahatlar Partiyası barədə məlumat verib.

Görüşdə Demokratik İslahatlar Partiyası sədrinin siyasi məsələlər üzrə

müavini Rauf Talışinski və Siyasi Şura üzvü Gülnarə Məmmədzadə də iştirak edib.

Xəbər lenti

Xəbər lenti