...

MDB DİN başçılarının növbəti yığıncağı Bakıda keçiriləcək

Siyasət Materials 29 Sentyabr 2006 15:57 (UTC +04:00)

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti yığıncağı 2007-ci ilin sentyabrında Bakıda keçiriləcək. Trend in "Kazinform"a istinadən xəbər verdiyi kimi, bu barədə sentyabrın 29-da Astanada MDB Daxili İşlər Nazirləri Şurasının 32-ci iclası başa çatdıqdan sonra Rusiyanın DİN başçısı Rəşid Nurqaliyev məlumat verib.

MDB DİN başçılarının budəfəki iclası zamanı mütəşəkkil cinayətkarlıq, ekstremizm və terrorizm, narkobiznes, qeyri-leqal miqrasiya və digər növ cinayətlərlə mübarizə məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti