Sentyabrın 30-da Müsavat Partiyası Məclisinin növbəti toplantısında Sülhəddin Əkbər Məclis sədri seçilib.
Trend xəbər verir ki, Tofiq Yaqublu məclisin katibi, Vurğun Əyyub və Osman Kazımov Divan üzvləri seçiliblər.
14 komissiyanın hər birinə də sədr müəyyənləşdirilib.
Xatırladaq ki, Məclis sədrliyinə millət vəkili Nəsib Nəsibli və Sülhəddin Əkbərin namizədliyi qeydə alınmışdır. Məclisin katibliyinə isə Tapdıq Abbas və Tofiq Yaqublu namizədliyini irəli sürüblər. Divan üzvlüyünə Nizaməddin Quliyev, Osman Kazımov, Seyidəli Məmmədli və Vurğun Əyyub namizəd idilər.
Müsavat Partiyası 1992-ci ildə İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb. Keçirilən bütün qurultaylarda İ.Qəmbər partiyanın sədri seçilib.