...

AHB oktyabrın 6-da BMT-nin Bakı ofisi qarşısında piket keçirəcək

Siyasət Materials 2 Oktyabr 2006 13:27 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə AHB mətbuat xidmətindən məlumat veriblər.

Toplantıda Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai və Siyasi Təşkilatların Əlaqələndirmə Şurasının noyabr ayında keçirəcəyi "Korrupsiyaya qarşı mübarizə aylığı"na hazırlıq işlərinin gedişi ətraflı müzakirə olunub.

Toplantıda eyni zamanda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 15-ci ildönümü ilə bağlı AHB-nin tədbirlər planı müzakirə və təsdiq olunub. Tədbirlər planına əsasən 17 oktyabr 2006-cı ildə Azərbaycanın müstəqilliy uyğrunda xüsusi xidmətləri olmuş bir qrup hərəkatçıya AHB-nin diplomlarının təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulur. Yığıncaqda həmçinin Güney Azərbaycanda baş verənlər geniş müzakirə olunub. AHB-nin oktyabrın 6-da BMT-nin Bakı ofisi qarşısında piket keçirməsi qərara alınıb.

Qeyd edək ki, AHB 2006-cı ildə milli azadlıq hərəkatında iştirak edən bir qrup hərəkatçı tərəfindən təşkil olunub. Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai və Siyasi Təşkilatların Əlaqələndirmə Şurasında isə 4 partiya və 30-dan çox QHT təmsil olunur.

Xəbər lenti

Xəbər lenti