...

Azərbaycan prezidentinin Latviyaya səfəri başlayır

Siyasət Materials 3 Oktyabr 2006 12:52 (UTC +04:00)
Azərbaycan prezidentinin Latviyaya səfəri başlayır

Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri başlayır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov məlumat verib. O qeyd edib ki, dövlət başçısının səfərinə hazırlıq işləri başa çatıb.

Riqaya ikigünlük səfəri zamanı İlham Əliyev Latviya prezident Vayra Vike-Freyberqa (Iaira Iike-Freiberga) ilə görüşəcək. Görüşlər təkbətək və geniş formatda, hökumət nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. 6 hökumətlərarası sazişin imzalanması və prezidentlər tərəfindən birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Oktyabrın 4-də Azərbaycan prezidenti Latviya dövlət universitetində çıxış edəcək. Görüşdə diplomatik korpusların başçıları, parlament üzvləri, Latviyanın Avropa Parlamentindəki nümayəndələri iştirak edəcək.

Oktyabrın 5-də Azərbaycan və Latviya biznes dairələri nümayəndələrinin iştirakı ilə biznes-forum keçiriləcək. Forum çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti