...

Fazil Məmmədov: Azərbaycanın Vergilər Nazirliyi Vergi Məcəlləsinə ciddi dəyişikliklər edəcək

Siyasət Materials 3 Oktyabr 2006 13:28 (UTC +04:00)
Fazil Məmmədov: Azərbaycanın Vergilər Nazirliyi Vergi Məcəlləsinə ciddi dəyişikliklər edəcək

Azərbaycanın Vergilər Nazirliyi Vergi Məcəlləsi üzərində işi davam etdirir. Yaxın bir neçə gün ərzində Məcəllə ölkə prezidenti aparatının mzakirəsinə və təsdiqinə veriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Məcəllədə vergi inzibatçılığının gücləndirilməsi və xüsusilə əlavə dəyər vergisi inzibatçılığı istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.

"Müzakirələr hələ davam edir. Ancaq Məcəlləyə ciddi dəyişikliklər ediləcəyini artıq demək olar", - deyə nazir qeyd edib.

Vergi güzəştlərinə gəlincə, F.Məmmədov bildirib ki, nazirlik bəzi güzəştləri götürmək üçün tədbirlər görmək niyyətindədir. "Bu gün orta və iri biznes çox yaxşı inkişaf edir və güzəştlərin tətbiqinə ehtiyac yoxdur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti