...

Avropanın yeni qonşuluq siyasəti Azərbaycan üzrə fəaliyyət planı noyabrda Brüsseldə qəbul olunacaq

Siyasət Materials 3 Oktyabr 2006 15:26 (UTC +04:00)
Avropanın yeni qonşuluq siyasəti  Azərbaycan üzrə fəaliyyət planı noyabrda Brüsseldə qəbul olunacaq

Avropanın yeni qonşuluq siyasəti Azərbaycan üzrə fəaliyyət planı noyabrın 14-də Brüsseldə qəbul olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttiifaqı (Aİ) "üçlüyü" ilə danışıqların yekununa dair brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ missiyası ilə intensiv və səmərəli danışıqlar baş tutub. Biz həmin fəaliyyət planının köməyi ilə Aİ ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik. Bu əməkdaşlığın akspektləri böyükdür - demokratiya, siyasət və iqtisadiyyat, - deyə nazir qeyd edib.

Finlandiyanın XİN başçısı Erkki Tuomioyya isə Bakıda keçirilmiş danışıqları müsbət qiymətləndirib və bildirib ki, fəaliyyət planı artıq imzalanmağa hazırdır. Diplomat bunu Aİ və Azərbaycan əməkdaşlığında irəliyə bir addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq siyasət və təhlükəsizlik kimi sahələri əhatə edəcək.

Aİ-nin xarici münasibətlər və Avropa təhlükəsizliyi üzrə komissarı Benita Ferrero-Valdner isə Aİ-yə inteqrasiya yolunda Azərbaycan hökumətinin atdığı bu addımı alqışladığını vurğulayıb. Onun sözlərinə görə, Aİ Azərbaycanla energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu bazarın şəffaflığı bizim məqsədimizdir, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti