...

Azərbayanda rus dilinin inkişafı lazımi səviyyədə dəstəklənir

Siyasət Materials 4 Oktyabr 2006 15:23 (UTC +04:00)
Azərbayanda rus dilinin inkişafı lazımi səviyyədə dəstəklənir

"Azərbaycanda rus dilinin inkişafı lazımi səviyyədə dəstəklənir". Trend in RİA "Novosti" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə oktyabrın 4-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada "Birliyin 15 illiyi: XXI əsrdə MDB dil və mədəniyyətlərinin dialoqu" adlı beynəlxalq konfransda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə "rus dili bir çox 100 illər ərzində Avrasiya məkanını birləşdirən dil olub və müxtəlif xalq və mədəniyyətlərə öz aralarında əlaqə yaratmaq imkanı verib". Diplomat vurğulayıb ki, Azərbaycanda "təhsilin rus dilində aparıldığı heç bir məktəb və ali təhsil məktəblərində heç bir şöbə bağlanmayıb. Bundan başqa, rus, ukrayna və polyak dillərinin öyrənildiyi Slavyan universiteti yaradılıb", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti