...

Milli Demokratik Qüvvələr Birliyi ABŞ Konqresinə müraciət ünvanlayıb

Siyasət Materials 6 Oktyabr 2006 13:53 (UTC +04:00)

Milli Demokratik Qüvvələr Birliyi (MDQB) ABŞ Konqresinə müraciət ünvanlayıb. Trend xəbər verir ki, müraciətə səbəb 77 konqresmenin Dağlıq Qarabağın separatçı rejiminə siyasi və iqtisadi dəstəyin verilməsi ilə bağlı ABŞ prezidentinə məktub göndərməsidir.

Bu məsələ MDQB Sədrlər Şurasının növbəti toplantısında müzakirə olunub. Sədrlər şurasının üzvü Təkamül Partiyasının sədri Teyyub Qəni bildirib ki, konqresmenlərin prezidentə müraciəti onların faktiki olaraq Dağlıq Qarabağın separatçı rejimin müstəqilliyini qəbul etmələri deməkdir: "Təbii ki, ABŞ Dövlət Departamentinin rəsmisi və ABŞ-ın Azərbaycandakı səfiri bunun rəsmi Vaşinqtonun rəsmi mövqeyi olmadığını bəyan edib. Amma bu açıqlama bizi arxayın sala bilməz. Çünki 77 kiçik rəqəm deyil".

T.Qənioğlu bildirib ki, ATƏT-in Minsk qruppu həmsədrlərinin münaqişə bölgəsinə son səfəri zamanı verdiyi açıqlamalar da MDQB Sədrlər Şurasını qane etməyib: "Çünki bunlar Qarabağ probleminin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həlli üçün heç bir əsas vermir. Sadəcə olaraq müəyyən söz yığınağından ibarət olan ifadələrdir".

Müxalifətyönümlü MDQB 2002-ci ildə üç partiyanın (Liberal Demokrat, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Təkamül) təsisçiliyi ilə yaradılıb. Sonradan Liberal Demokrat Partiyası qurumu tərk edib.

Xəbər lenti

Xəbər lenti