...

Arif Hacılı: "Ciddi rəqabət olmadığından hələlik qanun pozuntusu aşkar olunmayıb"

Siyasət Materials 6 Oktyabr 2006 14:01 (UTC +04:00)

"Bu seçkilərdə ciddi rəqabət olmadığından hələlik qanun pozuntusu aşkar edilməyib". Bu barədə Trend ə müxalif Müsavat Partiyası sədrinin müavini Arif Hacılı oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, yeni və əlavə seçkilərin keçirilməsinə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası bu seçkilərdə 23 namizədlə iştirak edir. A.Hacılı onu da bildirib ki, partiya seçki prosesini geniş müşahidəçi qruppu ilə izləmir: "Yalnız namizədimizin olduğu seçki dairəsində müşahidəçilərimiz var. Onlardan da aldığımız məlumatlara görə, seçkilərdə fəallıq çox aşağı səviyyədədir. Çox güman ki, günün sonuna kimi seçicilərin 5-10 faizi seçkilərdə iştirak etsin. Məlumatımıza görə, elə seçki məntəqəsi var ki, bu saata qədər yalnız bir neçə seçici səs verib".

Xəbər lenti

Xəbər lenti