...

Ukraynanın MSK sədri: "Seçki məntəqəsində müşahidəçilərin sayı seçicilərin sayından çox idi"

Siyasət Materials 6 Oktyabr 2006 14:23 (UTC +04:00)

"Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun olacağını söyləməyə əsasımız var". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Yaroslav Davidoviç bildirib.

Bu gün keçirilən təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərini müşahidə etmək üçün Azərbaycaena gəlmiş Y.Davudoviç Azərbaycan MSK-sının sədri Məzahir Pənahovla görüş keçirib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Y.Davudoviç seçkinin gedişindən, həmçinin MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyətindən razılığını bildirib. "Seçkilər" İnformasiya Mərkəzi ilə tanış olduğunu deyən Y.Davudoviçin sözlərinə görə, belə bir qurum Ukranyada fəaliyyət göstərmir və bu təcrübədən onlarda istifadə olunmur. Ukranyanın MSK sədri müşahidə apardığı seçki məntəqələrində müşahidəçilərin sayının çoxluğunu da müsbət qiymətləndirib: "Hətta müşahidəçilərin sayı seçicilərin sayından çox idi. Bizim söyləməyə əsasımız var ki, bu seçki beynəlxalq stanadlara uğyun keçəcək".

Qeyd edək ki, Y.Davudoviç bu gün 13 saylı Əzizbəyov seçki dairəsinin Buzovna bələdiyyəsinə keçirilən seçkinin müşahidəsini aparıb.

Xəbər lenti

Xəbər lenti