...

Seçici fəallığına görə ən yüksək göstərici 86 saylı İsmayıllı, ən aşağı 113 saylı Şəki şəhər seçki dairəsində qeydə alınıb

Siyasət Materials 6 Oktyabr 2006 15:28 (UTC +04:00)

Bu gün keçirilən bələdiyyə seçkilərində günün birinci yarısında seçici fəallığına dair ən yüksək göstərici 86 saylı İsmayıllı seçki dairəsində, ən aşağı isə 113 saylı Şəki şəhər seçki dairəsində qeydə alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

86 saylı İsmayıllı seçki dairəsində 9 məntəqə var və bu ərazidə 6736 seçici qeydə alınıb. Onlardan 2089-u (31,01 faizi) saat 12.00-dək artıq səsvermədə iştirak edib. 113 saylı Şəki şəhər seçki dairəsi cəmi 2 məntəqəni əhatə edir. Günün birinci yarısında bu dairədə 2970 seçicidən cəmi 97-i (3,27 faizi) səsvermədə iştirak edib.

12 saylı Qaradağ-Binqədəi-Yasamal, 83 saylı Ağcəbədi-Ağdam və 84 saylı Füzuli seçki dairəsindən isə texniki problemlər üzündən məlumat daxil olmayıb. İqbal Babayev bildirib ki, bunun səbəbləri müəyyənləşdirilir və problem aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti