...

Seçkinin gedişi ilə bağlı MSK-nın "qaynar xətt"inə heç bir şikayət daxil olmayıb

Siyasət Materials 6 Oktyabr 2006 16:47 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətt"inə heç bir şikayət daxil olmayıb. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, MSK-da 498-88-99 nömrəli telefon xəttində seçicilərin və namizədlərin müraciətlərini qəbul etmək üçün "qaynar xətt" yaradılıb və bir neçə operator işləyir. A.Sarıyevin sözlərinə görə, saat 16.30-dək "qaynar xətt"ə şikayət xarakterli zənglər daxil olmayıb. Müraciət edənlər yalnız məsləhətlər alır, seçki məntəqəsinin ünvanını soruşur və digər bu tipli suallarla müraciət edirlər. Seçki məntəqələrində qanun pozuntularına dair şikayətlər isə gəlməyib.

MSK-ya həm də elektron post vasitəsilə müracətlər qəbul edilir.

Xəbər lenti

Xəbər lenti