...

Saat 17.00-dək seçicilərin 26,84 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Oktyabr 2006 17:51 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak edən seçicilərin fəallığına dair saat 17.00-dək olan məlumat açıqlanıb. Trendin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında KİV-lər üçün brifinq keçirib.

İ.Babayev bildirib ki, bu saata gədər səsvermədə ümumilikdə 216 min 91 nəfər seçici iştirak edib. Bu isə ölkə üzrə (seçki keçirilən ərazilərdə) seçicilərin ümumi sayının 26,84 faizini təşkil edir.

Növbəti hesabat saatı 19:00-da olacaq.

Xəbər lenti

Xəbər lenti