...

Azərbaycan XİN Azərbaycan və Ermənistan XİN başçılarının Moskva məsləhətləşmələrini ehtiyatlı nikbinliklə dəyərləndirir

Siyasət Materials 6 Oktyabr 2006 19:13 (UTC +04:00)
Azərbaycan XİN Azərbaycan və Ermənistan XİN başçılarının Moskva məsləhətləşmələrini ehtiyatlı nikbinliklə dəyərləndirir

Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan XİN başçılarının oktyabrın 6-da Moskvada keçirilən məsləhətləşmələrini ehtiyatlı nikbinliklə dəyərləndirir. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, Moskvadakı müzakirələr əvvəlcə Elmar Məmmədyarov və Vardan Oskanyanın Rusiyanın XİN başçısı Sergey Lavrovla, sonra isə ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda keçirilən görüşlərlə başlayıb. Daha sonra həmsədrlər və nazirlər ümumi "uzun və geniş diskussiyalar" aparıblar. Görüşlərdə danışıqlar masasında olan bütün məsələlər diqqət mərkəzində olub, eləcə də "yeni yanaşma" nəzərdən keçirilib, - deyə T. Tağızadə bildirib.

Müzakirələrin yekunu olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün oktyabrın 24-də Parisdə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti