...

Saat 19.00-da seçki məntəqələri bağlandı

Siyasət Materials 6 Oktyabr 2006 19:15 (UTC +04:00)

Bu gün saat 19.00-da bələdiyyə seçkiləri keçirilən bütün məntəqələr səsvermə üçün bağlandı. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Seçki Məcəlləsinin tələbinə görə, səsvermə axşam saat 19.00-dək olur, həmin vaxt seçki məntəqələrinin qapıları bağlanır. Bu saatdan etibarən artıq heç kəs səsvermə üçün məntəqəyə buraxılmır. Lakin həmin vaxt məntəqənin içərisində qalan seçicilərin isə səsverməsinə şərait yaradılır.

Bu gün Saat 20.00-dan etibarən seçkilərin ilkin nəticələrinə dair məlumatlar MSK-nın internet səhifəsinə yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti