...

ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan XİN başçıları arasında Moskva danışıqlarını çox faydalı hesab edirlər

Siyasət Materials 9 Oktyabr 2006 17:46 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan XİN başçıları arasında  Moskva danışıqlarını çox faydalı hesab edirlər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 6-da Moskvada keçirilən danışıqları çox faydalı və məzmunlu olub. Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Onun sözlərinə görə, hər iki nazir keçirilmiş məsləhətləşmələrə müsbət qiymət verib və "mən hesab etmirəm ki, həmsədrlər onların fikrini bölüşmür". Diplomat bildirib ki, nizamlanmanın "baza prinsipləri" üzrə tərəflərə təqdim olunan təkliflərə cavab alındıqdan sonra vasitəçilər məsləhətləşmələri davam etdiriblər. "Moskva görüşündə MQ həmsədrləri əsas diqqəti bəzi prinsiplərdə fikir ayrılığı olan elementlərə yönəldiblər", - deyə Y. Merzlyakov bildirib və əlavə edib: "Biz ümid edəcəyik ki, oktyabrın 24-də Parisdə keçirilməsi nəzərdə tutulan danışıqlarda qarşılıqlı anlaşmaya nail olunsun".

Diplomat qeyd edib ki, Moskva görüşündə Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşkili ilə bağlı məsələ müzakirə olunmayıb. Bu məsələ Parisdəki danışıqlarda müzakirə predmeti olacaq. Y.Merzlyakov həmçinin oktyabrın 17-də Minskdə MDB sammiti çərçivəsində münaqişə tərəfləri liderlərinin görüşü ilə bağlı bir qədər əvvəl yayılmış məlumatı təkzib edib. Diplomatın sözlərinə görə, ümumiyyətlə oktyabrın 17-də Minskdə MDB sammitinin keçirilməsi planlaşdırılmayıb. Sammit noyabr ayına nəzərdə tutulub.

Y. Merzlyakov habelə bildirib ki, oktyabrın 16-da Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası planlaşdırılır. Ermənistanlı nazirin bu tədbirdə iştirak edə bilməməsi səbəbindən onların görüşünü oktyabrın 24-də Parisdə təşkil etmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti