...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hərbi kurslarda iştirak edir

Siyasət Materials 10 Oktyabr 2006 13:45 (UTC +04:00)

Oktyabrın 10-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümaynədələri hərbi kurslarda iştirak edir. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbçilərimiz NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq Gürcüstanın Tiflis şəhərində başlanan "STANAG testinin tərtibatı" üzrə seminarı okyabrın 12-də başa vuracaqlar.

Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində öz işinə başlayan "Briqada qərargah zabitləri" kursu isə dekabrın 15-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti