...

Elmira Axundova: "Rusiyadakı soydaşlarımızla bağlı vəziyyət Dövlət Duması səviyyəsində həll olunmalıdır"

Siyasət Materials 10 Oktyabr 2006 16:20 (UTC +04:00)
Elmira Axundova: "Rusiyadakı soydaşlarımızla bağlı vəziyyət Dövlət Duması səviyyəsində həll olunmalıdır"

Rusiyadakı soydaşlarımızla bağlı vəziyyət təsəvvür etdiymizdən də ağırdır. Trend xəbər verir ki, bu barədə millət vəkili Elmira Axundova bildirib.

Millət vəkili onu da qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların durumu çox ağırdır: "İndi orada gürcülərə qarşı hücumlar artıb. Amma bu o demək deyil ki, azərbaycanlılara qarşı dözümsüzlük var. Mənə elə gəlir ki, bu məsələdə biz parlamentarilər çox aktiv olmalıyıq". E.Axundova onu da qeyd edib ki, Rusiya Dövlət Dumasına müraciət olunmalıdır. Millət vəkili Dumadan bir qrup deputatın Azərbaycana səfər etməsi təklifi ilə parlamentdə çıxış edəcəyini bildirib: "Bizim nümayəndə heyətimiz də Rusiyaya səfər etməlidir. Bir sıra şovinist ruhiyyəli çıxışlar elə Dövlət Dumasının özündən gəlir. Görürsünüz ki, Rusiyanın telekanallarında Azərbaycana qarşı hansı verilişlər efirə çıxarılır. Buna reaksiya verməliyik".

E.Axundova onu da bildirib ki, vəziyyət təsəvvür etdiyimizdən də ağırdır: "Çıxış yolunu ittihamlarda yox, danışıqlarda axtarmaq lazımdır. Gürcüstan prezidenti müəyyən ittihamlarla çıxış etdi. Nəticə də bəllidir. Mənə elə gəlir ki, bizim prezident bu məsələlərlə bağlı düzgün, tarazlı mövqe tutub". Millət vəkili Rusiyada azərbaycanlılara qarşı tutulan qərəzli mövqeyi dövlətin siyasəti ilə bağlamayıb. Bildirib ki, bu hadisələrdə bir qrup insan maraqlıdır: "Biz onları başa salmalıyıq ki, əgər hadisələr gərginləşərsə, azərbaycanlılar bazarlardan çıxarılarsa, onda Rusiya meyvə-tərəvəzsiz qalacaq. Ona görə ki, ruslar alver edə bilmirlər. Rusiyanın iri ticarət bazaları azərbaycanlıların nəzarətindədir".

Xəbər lenti

Xəbər lenti