...

Liberal Partiyası Nizamnaməsinə dəyişiklik etdikdən sonra yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək

Siyasət Materials 11 Oktyabr 2006 13:54 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) Nizamnaməsində dəyişiklik edildikdən sonra yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq. Bu barədə Trend ə Liberal Partiyasından məlumat verilib.

"Siyasi partiyalar haqqında" Qanuna Milli Məclisdə dəyişikliklər edildikdən sonra Liberal Partiya öz Nizamnaməsini yeni qanuna uyğunlaşdıracaq. Nizamnamədə müvafiq dəyişikliklər edildikdən sonra partiyanın sənədləri Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Qanuna əlavə və dəyişikliklərdən sonra Liberal Partiyanın qurultayı keçiriləcək. Qurultayda Nizamnamyə partiyanın idarəetməsi, strukturu ilə bağlı dəyişikliklər ediləcək.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir.

Xəbər lenti

Xəbər lenti