...

Tikintisi yarımçıq dayandırılmış binalarda FHN tərəfindən aparılan yoxlamalar yarım il çəkəcək

Siyasət Materials 11 Oktyabr 2006 14:29 (UTC +04:00)

Azərbaycanda tikintisi yarımçıq saxlanılmış binalarda Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlamalar təqdibən yarım il çəkəcək. Trend in xəbərinə görə, bu barədə oktyabrın 11-də jurnalistlərə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəzsiliüyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov məlumat verib.

C.Xanlarov bildirib ki, həmin binalar arasında əgər normativlərə əməl olunmadan tikiləni varsa, onlar mütləq söküləcək. Sökülmüş yarımtikililərin müqabilində sahibkarlara konpensasiya ödəniləcək.

"Elə faktlar var ki, məsələn, sərəncam 12 mərtəbəli bina üçün alınsa da, sonradan sahibkar həmin sərəncamdan kənara çıxaraq 12 mərtəbəli əvəzinə 16 mərtəbəli bina ucaldıb. Biz rəylər hazırladıqdan sonra bütün problemləri məhkəmə yolu ilə həll edəcəyik" - deyə C.Xanlarov bildirib.

C.Xanlarovun sözlərinə görə, artıq tikintisi yarımçıq dayandırılmış bir sıra binaların sahibləri ekspertiza rəyi almaq üçün Agentliyə müraciət edib. Onlar rəy verilməsinin tezləşdirilməsini xahiş etsələr də, C.Xanlarov bunu mümkünsüz hesab edir. "Binalarda yoxlamalar aparmaq qısa müddət ərzində başa gələn iş deyil. Buna görə ən azı yarım il vaxt gərəkdir" - deyə C.Xanlarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti