...

Kəmaləddin Heydərov Əlibayramlıdadır

Siyasət Materials 11 Oktyabr 2006 16:23 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əlibayramlı şəhərində baş vermiş selin aradan qaldırılması ilə bağlı tədbirlərə nəzarət etmək məqsədilə hadisə yerinə gedib. Trend "ANS"ə istinadən xəbər verir ki, hadisənin fəsadlarını aradan qaldırmaq məqsədilə ətraf rayonların müvafiq texnikaları da əraziyə cəlb olunub.

Leysan nəticəsində 200-dən çox inzibati bina, 300-dən çox fərdi ev su altında qalıb, 6 ev tamamilə uçub, 1000 kilometrlik asfalt örtük dağılıb, ağaclar kökündən qopub, Hacıqabul Əlibayramlı dəmiryolunun 100 metrliyində reyslər sıradan çıxdığı üçün qatarların hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda rayonun kommunikasiya sisteminin bərpa edilməsi üçün iş aparılır.

Xəbər lenti

Xəbər lenti