...

İqdır bələdiyyəsinin başqanı Türkiyə ilə Naxçıvan arasında vizanın götürülməsini təklif edir

Siyasət Materials 11 Oktyabr 2006 18:27 (UTC +04:00)

Türkiyənin İqdır bələdiyyəsinin başqanı Nurəddin Aras Türkiyə ilə Naxçıvan arasında sərhəddə vizanın götürülməsini təklif edir. Bu barədə Trend ə İqdır bələdiyyəsindən məlumat verilib.

Bələdiyyə başqanı Azəbaycanın Naxçıvan Muxtar Respublikası ilə bağlı bəyanat yayıb. O müraciətində bildirib ki, Türkiyə ilə Naxçıvan arasında viza tətbiqi, sərhəd çıxışlarında alınan rüsumlar, sərhəd ticarətinə zaman-zaman yaradılan problemlər qardaşlıq münasibətlərinə xələl gətirir: "Böyük Atatürkün "Türk Qapısı" adlandırdığı Naxçıvana qarşı bir az daha isti münasibət, diqqət göstərilməlidir. Vizanın qaldırılması, fon pulunun alınmaması, sərhəd gömrük məntəqəsində bir az daha nəzakət və gülərüz göstərilməsi daha yaxşı olar. Bu, bizim qardaşlarımız qarşısında olduğu qədər, tarix qarşısında da vəzifəmizdir"-deyə Nurəddin Aras vurğulayıb.

Xəbər lenti

Xəbər lenti