Avropa Şurasınının Yerli və Regional Hakimiyyətlər Konqresi oktyabrın 6-da Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin monitorinqinin nəticələrinə dair hesabat üzərində işləyir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanda bələdiyyə seçkilərini müşahidə missiyasının rəhbəri, yerli və regional hakimiyyətlər Konqresinin vitse-prezidenti Lüdmila Sfirloaqa məlumat verib.
O qeyd edib ki, bu sənəd noyabrın 15-də Moskvada AŞ-nin yerli və regional hakimiyyətlər konqresinin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Görüşdə hesabat təsdiqlənəcək. Daha sonra isə Azərbaycan hökumətinə tövsiyələr göndəriləcək.