...

Rumıniya prezidenti Azərbaycan parlamentinin spikerini Buxarestə dəvət edib

Siyasət Materials 12 Oktyabr 2006 17:43 (UTC +04:00)

Azərbaycana rəsmi səfəri çərçivəsində Rumıniya prezidenti Trayan Basesku oktyabrın 12-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb. Bu barədə Trend Lider telekanalına istinadən xəbər verir.

Azərbaycan parlamentinin spikeri Rumıniya prezidentinin Azərbaycana budəfəki səfərini ikitərəfli münasibətlərin yeni mərhələsinə keçid kimi dəyərləndirib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində obyektiv mövqeyinə görə T.Baseskuya minnətdarlığını bildirib.

Rumıniya prezidenti Azərbaycanın ali qanunverici orqanının başçısını Buxarestə rəsmi səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti