...

Bahar Muradova: "Biz çalışmalıyıq ki, ATƏT-in Minsk Qrupunda Fransanın fəaliyyətinə kölqə sala biləcək cəhətlər aradan qaldırılsın"

Siyasət Materials 14 Oktyabr 2006 14:19 (UTC +04:00)
Bahar Muradova: "Biz çalışmalıyıq ki, ATƏT-in Minsk Qrupunda Fransanın fəaliyyətinə kölqə sala biləcək cəhətlər aradan qaldırılsın"

Çalışmalıyıq ki, ATƏT-in Minsk Qrupunda Fransanın fəaliyyətinə kölqə sala biləcək cəhətlər aradan qaldırılsın. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bəzi millət vəkillərinin Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

B.Muradova qeyd edib ki, o, millət vəkillərinin bu fikri ilə razı deyil: "İnsanlar öz emosiyalarını müxtəlif şəkildə idarə edirlər. Amma parlament olaraq biz məsələlərə tarazlı münasibət tələb etdiyimiz kimi, bu məsələyə də tarazlı munasibət bildirməliyik. Çalışmalıyıq ki, ATƏT-in Minsk Qrupunda Fransanın fəaliyyətinə kölqə sala biləcək cəhətlər aradan qaldırılsın. Biz Fransanın həmin qrupda iştirak etməməsində maraqlı deyilik".

Vitse-spiker onu da bildirib ki, Fransanın Minsk Qrupunda tutduğu mövqenin obyektivliyinə inam getdikçə azalmaqdadır: "Təkçə Fransanın hərəkətlərində yox, digər ölkələrin də fəaliyyətində Dağlığ Qarabağ məsələsinin həllində ikili yanaşma mövcuddur. Amma ümumilikdə Azərbaycanın tutduğu yol ondan ibarətdir ki, aparılan siyasət məsələnin daha asan variantda həllinə gətirib çıxarsın. Hökumətin mövqeyində əsas cəhət ondan ibarətdir ki, sülh danışıqları hələ tükənmədiyi üçün biz bundan istifadə etməliyik".

Xəbər lenti

Xəbər lenti