...

Bahar Muradova: " Fransa və ondan əvvəl bir sıra ölkələrin parlamentləri dünyaya çox pis bir nümunə göstəriblər"

Siyasət Materials 14 Oktyabr 2006 15:21 (UTC +04:00)

Fransa və ondan əvvəl bir sıra ölkələrin parlamentləri dünyaya çox pis bir nümunə göstəriblər .Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərin "Fransanın Əlcazairdə törətdiyi soyqırımın Azərbaycan parlamentndə tanınması ilə bağlı Türkiyənin edə biləcək müraciyətinə necə baxırsınız" sualına cavab verərkən bildirib.

B.Muradova qeyd edib ki, bu məsələlər çox götür-qoydan, təmkinli münasibət formalaşdırdıqdan sonra qiymətləndirilə bilər: "Mən tarixin ayrı-ayrı mərhələlərində baş vermiş hadisələrə bu günkü siyasi maraqlardan qiymət verməyin tərəfdarı deyiləm. Əlbəttə ki, Fransa və ondan əvvəl bir sıra ölkələrin parlamentləri dünyaya çox pis bir nümunə göstəriblər. Mən istəməzdim ki, bu nümunə dünyada aparıcı rola çevrilsin".

Vitse-spiker Xocalı soyqırımının Fransa parlamentində gündəmə çıxarılması ilə bağlı digər suala belə cavab verib: "Fransa parlamentinin Xocalı soyqırımını tanıması üçün hər halda bizim özümüzün fəaliyyəti bu kimi addımların atılmasına gətirib çıxartmalıdır. Bu təkçə parlamentdən asılı deyil, bütün dünya Azərbaycanlıların, ümumiyyətlə dünyada bəşəri prinsiplərin hakim mövqedə dayanmasını istəyən bütün dairələrdən asılıdır. "

Xəbər lenti

Xəbər lenti