...

Rasim Musabəyov: "Fransada erməni lobbisi ilə bərabər, başqa qüvvələr də Türkiyə əleyhinə öz siyasi maraqlarını güdürlər"

Siyasət Materials 16 Oktyabr 2006 13:24 (UTC +04:00)
Rasim Musabəyov: "Fransada erməni lobbisi ilə bərabər, başqa qüvvələr də Türkiyə əleyhinə öz siyasi maraqlarını güdürlər"

"Fransa parlamentində qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılmasına dair qanun çıxarılmasında bu ölkədəki erməni lobbisinin bilavasitə təsiri oldu. Erməni lobbisinin rolu ilə bərabər, Fransada Türkiyə əleyhinə olan qüvvələr də öz siyasi maraqlarını güdürdülər". Bu fikirləri Trend ə açıqlamasında politoloq Rasim Musabəyov bildirib.

O qeyd edib ki, Fransada bu rüsvayçı qanun ilk oxunuşda qəbul olunanda bəhanə kimi Türkiyədə də soyqırımla bağlı qadağa tətbiq edildiyi göstərildi. R.Musabəyovun fikrincə, inkişaf etmiş Avropa ölkəsi olan Fransanın parlamentinin bu qərarı ümumiyyətlə absurt və gülüncdür: "Ermənilər bu qərarı niyə öz ölkələrində deyil, Fransada qəbul etdirirlər? Hesab edirəm ki, bununla təkcə erməni lobbisi öz istəklərini Fransanın rəsmi dairələrinə sırımır, həm də Fransdakı bir sıra qüvvələr Türktiyəni təzyiq altında qoymağa, onun Avropa Birliyinə daxil olmasını əngəlləməyə çalışırlar. Yəni, parlamentin həmin qərarı həm də məqsədyönlü şəkildə siyasi mahiyyət daşıyı".

R.Musabəyov bildirib ki, fransız deputatlarının məqbul hesab etdiyi qərar əslində insan azadlığına kəskin şəkildə ziddir. Politoloq hesab edir ki, Fransa Türkiyəni demokratik standartlara qaldırmaq əvəzinə özü antidemokratik və gülünc qərar çıxarır: "Necə olur ki, peyğəmbərin təhqir edilməsinə görə heç bir cəza tətbiq edilmir, amma qondarma "soyqırıma" görə cəza düşür. Bu, absurd bir qərardır".

Politoloq onu da qeyd edib ki, dünyada erməni lobbisinin ən güclü olduğu və geniş təşkilatlandığı üç ölkə məhz ATƏT-in Minsk qrupunda həmsədr olan dövlətlər - ABŞ, Rusiya və Fransadır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində vasitəçi kimi bu dövlətlərin, xüsusən də Fransanın bitərəf və obyektiv olmayacağı əvvəldən də məlum idi.

Xəbər lenti

Xəbər lenti