...

Nazir: Azərbaycan Teymur Rəcəbovun Vladimir Kramnik ilə iddia oyununun təşkil edilməsi cəhdlərindən imtina etmir

Siyasət Materials 16 Oktyabr 2006 14:53 (UTC +04:00)
Nazir: Azərbaycan Teymur Rəcəbovun Vladimir Kramnik ilə iddia oyununun təşkil edilməsi cəhdlərindən imtina etmir

"Biz Teymur Rəcəbovla iddia oyununun keçirilməsi mövzusunda Vladimir Kramnik ilə danışıqlar aparmaq cəhdlərindən imtina etmirik". Bu barədə Trend lə eksklüziv söhbətində gənclər və idman naziri Azad Rəhimov azərbaycanlı qrossmeysterin FİDE dünya çempionu ilə görüşünün təşkil edilmə ehtimalını şərh edərkən bildirib.

Trend xəbər verir ki, yazda nazirlik bolqar həmkarları ilə T.Rəcəbovun bu yaxınlara qədər şahmat tacının sahibi olan Veselin Topalovla oyunu haqqında müqavilə imzalayıb. Lakin bolqar idmançı bu tacı V.Kramnik ilə oyunda itirdiyindən ilkin müqavilə öz qüvvəsini itirib.

"Hələ konkret olaraq nə isə demək çox çətindir, lakin mənə elə gəlir ki, rusiyalı idmançı ilə razılaşmaq çox da asan deyil. Həm də o, kifayət qədər gərgin mübarizədə tacı hələ yenicə qazanıb", - deyə A.Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti