Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında səfiri Peter Allgeyeri qəbul edib.
Görüşdə səfir P. Allgeyer prezident İ.Əliyevin cari ilin aprel ayında Vaşinqtona səfərindən sonra ötən dövr ərzində ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Prezident İ.Əliyev Vaşinqtona səfərini məmuniyyətlə xatırlayaraq, o dövrdən bəri iki ölkə arasındakı əlaqələrin daha fəal xarakter daşıdığını qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.